Patio və hovuzlar

Veranda, patio, teras və hovuzların bağlanmasında şirkətimiz böyük təcrübəyə malikdir. Sadaladığımız seqmentlərin, mərtəbəsindən, yerləşdiyi yerdən, küləyə və günəş şüalarına nə qədər məruz qalmağından asılı olaraq biz bu sahədə olan geniş təcrübəmizə əsaslanaraq,  sizə ən optimal həll təklif edə bilərik. Şirkətimiz metalkonstruksiyanı yığdıqdan sonra sizin tələbinizə uyğun izolyasiya sistemləri qurur, eləcə də işin xərclərini azaldan və büdcənizə uyğunlaşdıran kreativ həll yolları təklif edir. Ən əsası konstruksiyanın möhkəmliyinin düzgün hesablanmasıdır. Layihələrinizi peşəkarlara həvalə edin!