HAQQIMIZDA

WINDSTOP CAM BALKON –  XXI əsrin müasir texnologiyasının Azərbaycan bazarında irəliləməsində pioner olmaqla, cambalkon sistemini 2007-ci ildə ilk dəfə Bakıya gətirən dinamik inkişaf edən şirkətdir.  

 

MİSSİYAMIZ:

Müştərinin tələblərini anlayan, dünya standartları ilə idarə olunan,vaxtında çatdırılmanı təmin edən,

yüksək peşəkar komandaya malik WINDSTOP şirkəti, yüksək keyfiyyətli şüşə məhsulları,müxtəlif açılan sistemləri,

öz evlərinin və iş yerlərinin dəyərini artırmaq istəyən kreativ sahibkarlar və korporativ müştərilər üçün 

 quraşdırır.

 

ZƏMANƏT ŞƏRTLƏRİ VƏ TÖVSİYYƏLƏR

ZƏMANƏT ŞƏRTLƏRİ VƏ TÖVSİYYƏLƏR

BÖLMƏYƏ KEÇMƏK
MÜŞTƏRİLƏRİMİZ

MÜŞTƏRİLƏRİMİZ

BÖLMƏYƏ KEÇMƏK

Hələ qədim zamanlardan Bakı eyvanlarının və şüşəbəndlərin şüşə ilə bağlanması dəbdə idi. Memarlıq əhəmiyyətli evlərdə olan şüşəbəndlər buna sübutdur. Lakin bizim texniki inqilab dövründə  bu sistem daha kamil və estetik hal aldı. Yeni sistem şüşəbəndin tam açılmasına imkan verir, onun estetikliyi isə fasadı korlamadan, istər qədim imarət və ya ən müasir tikili olsun, istənilən memarlıqla uyğunlaşır.

Bütün alman, fin, türk, cambalkon istehsalçılarının texniki xarakteristikasını öyrəndikdən sonra onların üstünlüklərini və əksikliklərini təyin etdi. Beləliklə WINDSTOP CAM BALKON şirkətinin əməkdaşları apardıqları araşdırmadan sonra keyfiyyəti və qiyməti uyğun ən optimal məhsulu seçdilər. Daha sonra biz məhsul seçimimizə açılıb - bağlanan tavanların müxtəlif çeşidini əlavə etdik:

Öz oxu ətrafında  qatlanan və toplanaraq tamamən açılan alümin panellərdən ibarət tavan sistemi ROLLİNG ROOF.

Açılan tavanların şüşələnməsinin ən effektiv yolu açılıb – bağlanan CAM TAVAN sistemləridir, eləcə də membran və tentlər də təklif edirik.

Diqqətinizi çəkmək istədiyimiz məqamlardan biri də budur ki, CAMBALKON və digər açılıb – bağlanan sistemlər ilk baxışdan sadə görsənsə də onlar işlək mexanizmlərdir və öz ömrünü, quraşdırmadan sonra başlayır. Bu səbəbdən siz, etibarlı sistem təklif edən və lazım olduğu təqdirdə keyfiyyətli və sürətli  xidmət göstərən şirkət ilə əlaqə qurmağınız labüddür.

Bütün sistemlərə istehsalçı tərəfindən zəmanət verilir.

Bütün bu sistemləri əyani olaraq görmək üçün AF Centrdə olan sərgi salonumuza gələ bilərsiniz. Mərkəzi girişdə olduğumuz üçün stendimizi tapmaq çox asanddır.

Bakıda olduğu kimi Azərbaycanın digər rayonlarında da sistemlərimiz, xaricdə təlim keçmiş yüksək keyfiyyətli mütəxəssislərimiz tərəfindən quraşdırılır.

WINDSTOP CAM BALKON bazarı yeni məhsulla tanış etmək məqsədi ilə  televiziyada, İnternetdə, müxtəlif nəşrlərdə böyük reklam kompaniyası həyata keçirtdi. WINDSTOP CAM BALKON şirkəti olaraq biz, Bakıda keçirilən inşaat sərgilərinin fəal iştirakçısıyıq.

İndi istifadəçilərin çoxu bizim təqdim etdiyimiz geniş məhsul seçimi ilə tanışdır və biz məmnuniyyətlə görüş zamanı daha ətraflı təqdimat etməyə hazırıq.