sürməli

Şirkətimiz sistemlərin çox çeşidliliyi ilə fərqlənir. Sürməli sistem bunlardan biridir. Sürməli sistemin özüdə iki cür olur, kəndarlı və kəndarsız. Sistemdə 8 mm və 10 mm şüşədən istifadə olunur, maksimum hündürlük çöl məkanlarda 2.5 m, iç məkanlarda 3m olur. Çöl məkanlarda adətən kəndarlı sürməli sistemdən istifadə olunur. Sistemin 1 kv ağırlığı 25-30 kq təşkil edir. Qanadlar içəri qatlanmadığından hər cür pərdədən istifadə etmək olar. Kəndarlı sürməli sistem 100% su buraxmama qabiliyyətinə malikdir.