Cambalkon

Balkonları bağlamaq üçün çərçivəsiz şüşələnmə sistemləri əvəzsiz seçimdir.

Cambalkon sistemləri qış vaxtlarında balkonlarınızı külək və yağışdan, kombilərinizi şaxtadan qorumaq üçün vasitədir. Balkonun qapanmasına baxmayaraq panoromik mənzərə pozulmur. Tədqiqatlar onu göstərir ki, sistemlərin tam hermetik olmamasına baxmayaraq, həmin eyvana çıxan otaqlarda istiliyin saxlanılması üçün xeyli qənaətlidir. 

Gözəl havalarda bu sistemləri bir kənara toplayaraq balkondan heç bağlanmamış kimi açıq istifadə edə bilərsiniz. Bu sistemlərlə balkon bağlandığı zaman məkanınız qorunur, soyuq və yağmurlu havaların yaratdığı təmir ehtiyacı azalır, görüntünü pozmayan və deformasiyaya uğramayan profillər məkanın estetik görüntüsünü qoruyur.

Açılan sistemlər müxtəlif ola bilər:
– kəndarlı və kəndarsız 
– özündən pərdəli və pərdəsiz
– iki təkər və ya bir təkər üzərində hərəkət edən
– Z tipli qatlanan
– təkqat şüşə (adətən 8 və ya 10 mm) və ya şüşə paket
– sürməli
– pultla idarə olunan 
Balkonlar düz olmaqla yanaşı oval, müxtəlif dərəcələrdə çoxbucaqlı ola bilər.
Bütün bu sistemləri balkonun ölçüsündən, görünüşündən asılı olmayaraq tətbiq etmək olar.