SC140 TT

SC140 TT seriyası evlərin və obyektlərin inşaatı zamanı qapı-pəncərədə  yüksək keyfiyyəti əldə etmək üçün nəzərdə tutulur.Bu məhsul ağır şüşə qapılar üçün istehsal olunmuş izolyasiyalı sürgülü sistemdir.Daşıyıcı profilin dərinliyi 56 mm təşkil edir ki, bu da ALUK 56IW seriyasının profil eninə bərabərdir. Beləki hər iki sistemin bəzi profillərini bir digərində istifadə etmək olar. Bu sistemin mexanizminə xüsusi diqqət yetirilib , bu da xüsusi tərkibli maddələr ilə emal olunmuş alümin üzərində hərəkət edən mexanizmin daha yüngül sürüşməsinə imkan yaradır.